
Ölkədə əlinə mikrofon alıb oxuyub-oynayan müğənnilər, bu gün ömrünü elmöyrənməyə həsr edən insanlardan dəfələrlə çox qazanırlar.
Qaynar.info-nun analtik.az-a istinadən məlumatına görə, onlarbir gündə ən çoxu 10-15 min manat, ən azı isə 5-3 min manat qazancgötürürlər. Hətta elə müğənnilər var ki, bir günə 10-15 min manatqazanmaq üçün onun bütün toyu idarə etməsinə ehtiyac yoxdur. Çünki onunyarım saatının qiyməti elə 5-10 min manatdır. Təsəvvürünüzəgətirin ki, həmin müğənni bir gün ərzində 5 toyda yarım saat görünməyinəgörə fantastik məbləğ, başqa sözlə 25-50 min manat qazanır.
İqtisadçı-ekspert Rəşad Həsənov deyir ki, bazar iqtisadiyyatında qiymətlərin müəyyənləşdirilməsi tələb və təklif əsasında formalaşır: “Buistiqamətdə onu qeyd etmək olar ki, şou-biznesin inkişafı və qısamüddət ərzində ölkəyə kütləvi valyuta axınları bu qədər dəbdəbəlimərasimlərinin, toy məclislərinin keçirilməsinə, eləcə də müğənnilərinxidmətlərini yüksək səviyyəyə gətirib çıxarıb. Burda tənzimləmə, yuxarıvə aşağı hədd yoxdur.”R. Həsənov onu da qeyd etdi ki, əhali müğənnilərin xidmətindən istifadəetməkdə maraqlı olduğundan bu da qiymətlərin qalxmasına səbəb olub: “Müğənnilərqiymətin daha yüksək olmasında maraqlıdırlar. Onların əldə etdiklərigəlirlərin vergiyə cəlb edilməsində ciddi şübhələr var. Müğənnilərinhansı qaydada vergiyə cəlb edilməsi qaydalarının təkminləşdirilməməsininnəticələrini bu gün görürük. Qanunvericiliyə görə rüblük dövriyyə 150min manata qədər isə, fiziki şəxs kimi 4 faiz vergi ödəyir. Əgərdövriyyə 150 min manatı ötürsə, vergiyə cəlb olunan mənbə dəyişərəkhüquqi şəxs statusu daşıyır və Əlavə Dəyər Vergisinə (ƏDV) keçir. Burdaartıq müğənnilər müxtəlif vergi növlərini ödəməlidirlər. Bir toya 10 minmanata gedən müğənnidən söhbət gedirsə, ayda təxminən 20 toyu olursa,aylıq qazancı 200 min manat edir. Bunu isə bir ilə, yəni 12 aya vuranda 2milyon 400 min manat gəlir əldə etmək deməkdir. Bu isə o deməkdir ki,onun gəliri artıq hüququ şəxs dərəcəsinə çatır, əlavə olaraq 18 faizödəməlidir. Üstəlik Dövlət Sosial Müdafiə Fonduna qazancının 23 faiziniödəniş etməlidir ”.
İqtisadçı belə yüksək dövriyyələrin vergiyə cəlb edilməsi istiqamətində tədbirlər görülməsinin vacib olduğunu vurğuladı: “Buhəm dövlət büdcəsinin gəlirlərinin artmasına, həm də qeyri-neftsektorunun leqallıq faizinin yüksəlməsinə səbəb olardı. Toy edənlər dəmüğənnilərə verilən pullarına qənaət etməli, israfçılığa yolverməməlidirlər.”
Millət vəkili Fazil Qəzənfəroğlu isə deyir ki, hazırdatoylarda yol verilən israfçılıqla bağlı müəyyən məsələlərin müzakirəsiaparılsa da, müğənnilərin toy qiymətlərinə müdaxilə tövsiyə xarakterliolması məqsədəuyğundur: “Hökumət toy bazarında qayda-qanunyaratmaq üçün müvafiq addımlar atır. Xüsusilə, mədəniyyət çərçivəsindəbu problemin çözülməsi tövsiyələr şəklində həyata keçirilə bilər. Yasmərasimlərində xeyli effekt doğuracaq bir addım atılıb. Hesab edirəm ki,toy mərasimləri üçün də belə bir addımın atılması mümkündür ”.Hazırda toy bazarında bir gününün qiyməti 10 min manat olanmüğənnilərdən bəziləri ilə əlaqə saxlamağa çalışdıq. Bir günlük toya 10min manata gedən Abbas Bağırov dedi ki, 2003-cü ildənvergi ödəyicisidir. Ödədiyi verginin miqdarına gəldikdə isə müğənnibildirdi ki, bu işlərlə maliyyə məsələləri üzrə köməkçisi məşğul olur: “Rüblük və ya illik nə qədər vergi ödədiyimi dəqiq deyə bilmərəm. Amma mən artıq 11 ildir ki, vergi ödəyicisiyəm ”.
“Maral”la toy qiymətini daha da qaldıran Nadir Qafarzadə isə sualımıza çox sərt şəkildə reaksiya verdi: “Sizənə var mən nə qədər vergi ödəyirəm. Özüm bilərəm nə qədər ödəyirəm. Bumənim şəxsi məsələmdir. Bu şou-biznesdə bircə Nadir Qafarzadə var?Başqalarından niyə soruşmursunuz? Soruşun başqalarından da... 100-cü dəmən cavab verərəm...”
Müğənni Lalə Məmmədova ümumu gəlirinin 4 faizini vergi orqanlarına ödədiyini vurğuladı: “Vergiödəyicisi kimi çoxdan qeydiyyatdan keçmişəm. Özümü sırf toy müğənnisidə hesab etmirəm. 4 faiz vergi ödəyirəm ”. L. Məmmədova da nə qədərvergi ödədiyini bilmir: “Analıq məzuniyyətində olduğuma görə buməsələlərə maliyyə məsələləri üzrə məşğul olan şəxs baxır ”.
Gözlənildiyi kimi müğənnilərin heç biri qazanclarından dövlətənə qədər vergi verdiklərini bildiklərini dedilər. Halbuki soruşanda ki,yeni avtomobilini ya ayaqqabını neçəyə alırsan , qiymətlərini can-başlareklam edib deyəcəklər. Bu isə onu düşünməyə əsas verir ki, şou-biznesnümayəndələri vergi şəklində ödədikləri qəpik-quruşu ya deməyəutanırlar, yaxud da ümumiyyətlə vergi vermirlər..
Məsələ ilə bağlı Vergilər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Şahin Məmmədovla daəlaqə saxladıq. Ş. Məmmədov Analitik.az-a bildirdi ki, müğənnilərin nəqədər vergi ödəməsi onların kommersiya sirri sayılır. Qanunvericiliyəəsasən, vergi ödəyən insanın bu barədə icazəsi olarsa, belə məlumatlaraçıqlana bilər: “Ona görə də biz mətbuata hansı müğənninin nəqədər vergi ödədiyini deyə bilmərik. Müğənni sadələşdirilmiş ödəyici olabilər. Sadələşmiş ödəyici öz ümumi dövriyyəsinin 4%-ni vergi olaraqödəyir və bu da az məbləğ deyil ”.
Şahin Məmmədov müğənnilərdən alınan vergilərin necə tənzimlənməsindən də danışdı: "Vergiqanunvericiliyində müəyyən edilmiş qaydalara əsasən müğənni olanşəxslər öz vergilərini zamanında ödəməlidir. Müğənni rübdə bir dəfəödəmə prosesini həyata keçirərək və yaxud vergi bəyannaməsini təqdimetməklə vergisini ödəyə bilər. Vergi gecikdirildikdə bəyannamə iləmüraciət olunur, əgər yenə müraciətə əhəmiyyət verilmirsə, o zamanmaliyyə sanksiyası təqdim olunur. Yenə də gecikmə davam edərsə, məbləğinüzərinə faizlər və əlavələr yüklənilir ”.Hazırda Azərbaycanda neçə müğənni vergi ödəyir, sualımıza vergilərnazirliyinin nümayəndəsi bir qədər sonra zəng edib cavab verəcəyini desədə, sonradan zəngimizə cavab olaraq söylədi ki: “İşçilərimizmüğənnilərin sayını hesablayırlar...” Amma 2 gün ərzində nədənsənazirliyin işçiləri vergi ödəyən müğənnilərin sayını hesablayıb bizəcavab verə bilmədilər...
Biz isə cəmiyyətimizə onsuz da məlum olan müğənnilərin fantastik toy qiymətlərini bir daha sizlərə xatırladırıq:Bir gün ərzində toyun idarə edilməsi :
Faiq Ağayev – 12.000 manat
Brilliant Dadaşova – 10.000 manat
Abbas – 10.000 manat
Nadir Qafarzadə – 10.000 manat
Nazpəri – 10 000 manat
Ramal -10.000 manat
Elton – 8000 manat
Xatirə İslam – 6 000 manat
Aygün Bəylər – 6 000 manat
Cabbar və Könül – 6 000 manat
Təranə və Musa – 6000 manat
Mətanət İsgəndərli – 6 000 manat
Zamiq – 6 000 manat
Vasif Məhərrəmli – 6 000 manat
Səməd Səmədov – 6000 manat
Manaf Ağayev – 5 000 manat
Ayaz Qasımov – 5 000 manat
Samir Piriyev – 5 000 manat
Elçin Cəfərov – 5000 manat
Xəyyam Nisanov – 5 000 manat
İzzət Bağırov – 5000 manat
“Şeron” qrupu – 4000 manat
“Qala” qrupu – 4000 manat
Emil Bədəlov – 4000 manat
Elvin Abdullayev – 4000 manat
Şəbnəm Əsədova(Tovuzlu) – 4000 manat
Elariz – 4000 manat
Elçin Hüseynov – 4000 manat
Kərim – 4 000 manat
Nüşabə Ələsgərli – 4 000 manat
Almaz Ələsgərova – 4 000 manat
Baloğlan – 4 000 manat
Elnarə Abdullayeva – 4 000 manat
Cavanşir – 3 500 manat
Könül Xasıyeva – 3 000 manat
Zenfira İbrahimova -3000 manat
Xatun – 3 000 manat
Röya – 6000 manat
Aygün Kazımova – 5 000 manat
Brilliant Dadaşova – 4 000 manat
Faiq Ağayev – 4 000 manat
Ədalət Şükürov – 3000 manat
Abbas Bağırov – 3000 manat
Zamiq – 3000 manat
Nadir Qafarzadə – 3000 manat
Rəqsanə – 2 500 manat
Sevda Yahyayeva – 2500 manat
Cabbar-Könül – 2 500 manat
Xumar Qədimova – 2 000 manat
Tünzalə Ağayeva – 2 000 manat
Rəhim Rəhimli – 2 000 manat
Nüşabə Ələsgərli – 2 000 manat
Təranə Musayeva – 2 000 manat
Elnarə Abdullayeva – 2 000 manat
Manaf Ağayev – 2 000 manat
Xatirə İslam – 2 000 manat
Mənsun İbrahimov – 2 000 manat
Səidə Sultan – 1500 manat
Xuraman Şuşalı – 1 500 manat
Vasif Məhərrəmli – 1 500 manat
Xəyyam Nisanov – 1 500 manat
İzzət Bağırov – 1 500 manat
Aşıq Əli – 1 500 manat
Şəbnəm Əsədova (Şəmkirli) – 1500 manat
Aşıq Telli – 1 500 manat
Leyla Ramazanlı -1500 manat
Almaz Ələsgərova – 1 000 manat
Könül Xasıyeva – 1 000 manat
Xatun – 1 000 manat
Səməd Səmədov – 1 000 manat
Ayan – 1 000 manat
Elariz – 1 000 manat
Zöhrə Abdullayeva – 1 000 manat
Teymur Əmrah – 1 000 manat
Nura Suri – 1 000 manat
Zenfira İbrahimova -1000 manat
Qaynar.info