Hər kəsə məlumdur ki, 26 sentyabr 2016-cı il tarixində Azərbaycanda hakimiyyətdə olan Əliyevlər və YAP rejimi referenduma hazırlaşır. İqtisadi böhran şəraitində olan Azərbaycanda iqtisadi-sosial islahatların yerinə siyasi-hüquqi quruluşu dəyişmək ilk baxışdan qeyri-rasional, hətta çox absurd bir addım idi.
Lakin, istənilən iqtisadi diversifikasiya və azadlıqlar mədəni sonradan isə siyasi azadlığa aparır. Belə təqdirdə avtoritar hakimiyyətin referendum keçirməsi çox rasional idi. Orada əsas məsələ müzakirə məsələsi istər ölkə televiziyalarında istərsə də “online” mediada bu referendumun əsas məqsədi bilərəkdən kimi xalqa prezidentə qoyulan yaş həddi limitinin aradan qaldırılması və “Vitse-Prezident” institutunun yaradılması idi. Bu bilərəkdən hakimiyyət tərəfindən qurulmuş “PR” kompaniya idi. Çünki, həqiqət hər zaman “Oruelian rejimlərdə” gizlədilir. Yaş limitinin aradan qaldırılması məsələsi əslində kütlənin diqqətini ona cəlb edib əsas məsələnin kənarda qalması üçün istifadə edilir. Referendumun əsas məqsədi ən müqəddəs və bütün azadlıqların maddi qarantı olan mülkiyyət hüququna məhdudiyyətlərin qoyulması ilə bağlıdır.
Belə ki, 26 sentyabr tarixində keçirilicək referenduma bu dəyişiklik Azərbaycanın sosializmə qayıdışının əsasını təşkil edir:
4.2. aşağıdakı məzmunda V və VI hissələr əlavə edilsin:
“V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur.
VI. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər.”.
Yəni ölkə rəhbərliyi bundan sonra, Azərbaycanın istənilən vətəndaşının şəxsi mülkiyyətinə - torpağına, evinə, mənzilinə özünə sərf edəcək şəkildə məhdudiyyətlər qoya bilər. Hətta, mülkiyyətə sosial öhdəliklər qoyaraq insanları mütləq şəkildə heç bir imtiyaz və xüsusi mülkiyyətə sayğı etmədən, keçmiş SSRİ dövründəki kimi kollektiv təsərrüfat müəssisələrində çalışmağa məcbur edəcəklər. Yaranacaq olan bu sistem iqtisadi böhrandan “Stalinist” metodları ilə çıxmaq, bunun paralelində siyasi və ictimai azadlıqlara məhdudiyyətlər qoyaraq, “işləməkdən” imtina edən və torpağından “dövlət planına” uyğun deyil, özünə uyğun şəkildə istifadə edən insanların həbsinə və mülkiyyətlərinin əlindən alınmasına gətirib çıxaracaq. Bu isə 1937-ci il repressiyalarını yenidən bərqərar etmək üçün ilkin hüquqi zəmindir.
Yuxarıda qeyd olunanlara əsaslanaraq, Azərbaycan vətəndaşlarının məhz onların fundamental azadlığı olan – mülkiyyət toxunulmazlığı hüququnu qorumağa səsləyirəm.
Ramik Rzayev