Xəbər lenti

Şoyqu Azərbaycana nəbz yoxlamağa gəlir? - Politoloq
Siyasət06:05 24.08.2020

Şoyqu Azərbaycana nəbz yoxlamağa gəlir? - Politoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun Azərbaycana səfəri nəbz yoxlaması məqsədi daşıyır”.
Qaynarinfo xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Kreml rəsmi Bakının Türkiyə ilə hərbi əməkdaşlığı hansı həddə qədər inkişaf etdirəcəyini yerindəcə öyrənmək istəyir:
"Azərbaycanın bu il Türkiyədən hərbi texnika alması da Kremli narahat edib. Dövlət başçısı İlham Əliyev Türkiyənin Müdafiə naziri Hulusi Akarla Bakıda son görüşündə dedi ki, Azərbaycan hərbi texnika alışında Türkiyəyə üstünlük verəcək. Halbuki, buna qədər hərbi texnikanı əsasən Rusiyadan alırdıq. Bunu da aydınlaşdırmaq istəyirlər. Putinə deyildiyi kimi, onun nazirinə də "nədən Rusiya Ermənistana hərbi texnika daşımaqda davam edir” sualı verilməlidir”.
Qeyd edək ki, Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun Azərbaycana səfəri gözlənilir.
Bahar Rüstəmli