Xəbər lenti

Şoyqu Qarabağda "vəziyyəti sakitləşdirən sülhməramlılar”a təşəkkür etdi
Siyasət10:37 28.12.2021

Şoyqu Qarabağda "vəziyyəti sakitləşdirən sülhməramlılar”a təşəkkür etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya müdafiə naziri Sergey Şoyqu dekabrın 28-də Milli Müdafiə İdarəetmə Mərkəzində 2021-ci ilin yekun konfransı keçirib. 
Qaynarinfo xəbər verir ki, o, iclasın açıq hissəsində qarşıda duran ildə qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsinə görə hərbçilərə təşəkkürünü bildirib. Şoyqu "Dağlıq Qarabağda, Suriyada, xaricdəki digər Rusiya bazalarında, xüsusilə bu iki məntəqədə” xidmət edən hərbçiləri ayrıca qeyd edib.
Onun sözlərinə görə, son bir ildə Qarabağda vəziyyət rus sülhməramlı qüvvələrinin oraya getməsi sayəsində əsaslı şəkildə dəyişib: 
"Biz vəziyyəti sakitləşdirə bildik. İndi bunu artıq planlı adlandırmaq olar və bu bölgədə həyat tədricən öz normal axarına qayıdır. Orada daha çox sülh və əmin-amanlıq hökm sürür. Təbii ki, bu, həm də orada iştirak edənlərin, tibbi və humanitar yardımların göstərilməsində iştirak edənlərin böyük xidmətidir. Və əlbəttə ki, sülhməramlıların postlarında gecə-gündüz dayananların hamısına təşəkkür edirəm”.
Alpər