Xəbər lenti

Şoyqu və Arutyunyan Qarabağdakı vəziyyəti müzakirə etdi
Siyasət14:37 10.03.2021

Şoyqu və Arutyunyan Qarabağdakı vəziyyəti müzakirə etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu və onun erməni həmkarı Vaqarşak Arutyunyan arasında telefon danışığı baş tutub.
Qaynarinfo-nun xəbərinə görə, bu barədə "RİA Novosti” Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı tərəflər ikitərəfli hərbi və hərbi-texniki sahədə əməkdaşlığı müzakirə ediblər.
Müdafiə nazirləri eyni zamanda, Dağlıq Qarabağda Rusiya sülhməramlı qüvvələrinin vəzifələrinin icrası ilə bağlı mövcud vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində də fikir mübadiləsi aparıblar.