Xəbər lenti

"SSRİ-nin xiffəti yuxularını ərşə çəkib" - Ruslar "Züleyxa"ya hücuma keçdi (VİDEO)
Sənət12:45 20.04.2020

"SSRİ-nin xiffəti yuxularını ərşə çəkib" - Ruslar "Züleyxa"ya hücuma keçdi (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sovet və rus musiqiçisi, "Zaman maşını" qrupunun lideri Andrey Makareviç "Züleyxa gözlərini açır" serialı və baş rolda oynayan aktrisa Çulpan Xamatovanın tənqid olunmasına münasibət bildirərək, filmi müdafiə edib.
Xatırladaq ki, film 20-ci əsrin 30-cu illərindən bəhs edir. Tatar kəndli qadın Zuleyxanın yanında ərini öldürüb, özünü isə damğalayıb Sibirə sürgünə göndərirlər. Bununla belə tənqidçilər serialda Sovet tarixinin qaralandığını iddia edirlər.
Makareviç Feysbuk portalındakı sitatında qeyd edib ki, Guzel Yaxinanın serialın çəkişində istifadə olunan eyni adlı kitabı bir qədər əvvəl çap olunub, mümkün olan bütün mükafatları qazanıb və oxucular tərəfindən çox isti qarşılanıb.
"Hələ heç başa çatmamış filmin ətrafında qəfildən bu səs-küy nədən yaranıb?" – Makaroviç sual edib. O, tənqidçilərin filmə qarşı irəli sürdüyü iddiaları sadalayıb: "Tarix təhrif olunub, ölkənin qəhrəmanlıq keçmişi təhqir edilib və ümumiyyətlə, vətənlərini sevmirlər". Musiqiçi bunu "Möminlərin hislərini təhqir etmək" yanaşmasıyla müqayisə edib.
"Zaman maşını"nın lideri belə ehtimal irəli sürüb: bəlkə kitabla serial ayrı-ayrı şeylər haqdadır? Ya da sadəcə film pis alınıb?
"Sadəcə olaraq, bizim əhali iki yerə, üzr istəyirəm, bioloji növlərə ayrılıb. Bu növlərdən biri kitab oxumağa meyllidir. Digər növ isə televizora baxır. Aralarındakı digər fərqlərlə bağlı isə susuram, yoxsa üstümə çirkab yağdıracaqlar”, - musiqiçi deyib.
O, əlavə edib ki, təbliğatçılar bu ölkədə 6 il elə bir iş görüb ki, indi də cəmiyyət onun bəhrəsini biçməyə başlayıb.
Makareviçin bloqunun oxucularından biri şərhində qeyd edib ki, İnternetdə kitabın özüylə bağlı da bir sıra tənqidi rəylər dərc edilib: "SSRİ-nin xiffəti adamların yuxusunu ərşə çəkib".
Alpər