
Azarkeşlər meydançaya töküldü
Futbol üzrə İspaniya La Liqasında bu gün "Osasuna" - "Betis" oyununda bədbəxt hadisə baş verib.
ANS PRESS-in məlumatına görə, oyunun 12-ci dəqiqəsində "Osasuna" hesabda irəli çıxır, ancaq Oriol Rieranın vurduğu bu qol nəinki onu, hətta azarkeşləri çox sevindirmir. Belə ki, qapının arxasındakı tribuna çökür və azarkeşlər meydançaya tökülür. Bu haqda "Marca" saytı xəbər verir.
Qeyd edək ki, hadisə zamanı yaralıların olması haqda məlumat verilməsə də şəkillərdən göründüyü kimi futbolçuların, eləcə də azarkeşlərin sifətlərində bir qəmginlik var.
Xatırladaq ki, saxlanılan oyun sonradan davam etdirilib.
Qaynar.info




