Xəbər lenti

“Standart Insurance”in rəhbəri dəyişdi
Ekonomiks05:53 13.05.2014

“Standart Insurance”in rəhbəri dəyişdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Standard Insurance” sığorta şirkətinin rəhbərliyi dəyişib. Qaynar.info-nun fins.az-a istinadla verdiyi məlumata görə, “Standard Insurance”da İdarə Heyətinin sədri Kamal İbrahimov şirkəti tərk edib. Onun yerinə Aydın Rəhmanov təyin olunub. A. Rəhmanov indiyə qədər “Standard Insurance”in İdarə Heyəti sədrinin 1-ci müavini vəzifəsində çalışıb.

Aydın Rəhmanov 1979-cu ildə Bakı şəhərində anadan olub, ali təhsillidir. Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Tikintinin iqtisadiyyatı və idarə edilməsi” fakultəsini bitirib. 1996-cı ildə sığorta sahəsində, 2003-cü ildə etibarən “Standard İnsurance” şirkətində çalışır. Azərbaycan, rus və ingilis dillərini bilir. Ailəlidir, bir övladı var.

Qaynar.info