Xəbər lenti

Stoltenberq: "Biz müdafiə ittifaqıyıq, Rusiya ilə münaqişə axtarmırıq"
Siyasət18:10 08.03.2022

Stoltenberq: "Biz müdafiə ittifaqıyıq, Rusiya ilə münaqişə axtarmırıq"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
NATO-nun Ukraynadakı vəziyyət kontekstində məqsədi münaqişənin onun hüdudlarından kənara yayılmasının qarşısını almaqdır.
Bunu çərşənbə axşamı NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə keçirdiyi mətbuat konfransında deyib.
Yayım alyansın saytı vasitəsilə aparılıb.
"Biz müdafiə ittifaqıyıq, biz Rusiya ilə münaqişə axtarmırıq. Amma məqsədimiz münaqişənin Ukrayna hüdudlarından kənara yayılmasının qarşısını almaqdır. Biz kollektiv təhlükəsizlik sistemimizi gücləndirməyi öz üzərimizə götürmüşük”, - deyə Stoltenberq bəyan edib.
O, həmçinin NATO-nun alyansın kollektiv təhlükəsizlik müqaviləsinin 5-ci maddəsinə sadiqliyini təsdiqləyib.