Xəbər lenti

Su kəmərində baş verən qəza ilə bağlı yeni açıqlama
Ekonomiks10:14 16.10.2022

Su kəmərində baş verən qəza ilə bağlı yeni açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı şəhərini içməli su ilə təmin edən Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində (Qaz Emalı Zavodunun yaxınlığı) gecə saatlarında baş vermiş qəza ilə bağlı işlər davam edir.
Bu barədə APA-ya "Azərsu"nun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib.
Qeyd edək ki, qəza nəticəsində ətraf əraziləri, o cümlədən Bakı-Qazax avtomagistralını su basmışdı.
Bir qədər əvvəl FHN-dən verilən məlumata görə, nazirliyin qüvvələri tərəfindən Bakı-Qazax avtomagistralı boyu su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işi ötən gecə saatlarında sona çatdırılıb.