Xəbər lenti

Sülhəddin Əkbər də Milli Şuradan çıxa bilər
Ölkə10:52 13.01.2014

Sülhəddin Əkbər də Milli Şuradan çıxa bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Milli Şurada yaranmış vəziyyət, bundan çıxış yolları barədə təkliflər paketi hazırlayıb şuranın sədri Cəmil Həsənli, AXCP sədri Əli Kərimli, “El” hərəkatının sədri Eldar Namazov və KXCP sədri Mirmahmud Mirəlioğluna göndərmişəm.
Təkliflərimizə müsbət cavab verilməsə, Milli Şurada qalıb, vaxt itirməyin tərəfdarı deyilik.

Bunu APA-ya açıqlamasında Azad Demokratlar Partiyasının Təşkilat Komitəsinin sədri, Milli Şuranın üzvü Sülhəddin Əkbər deyib.

O, Milli Şurada yaranmış böhranla bağlı hazırladığı təkliflər paketinin dəyərləndiriləcəyinə ümid etdiyini bildirib.

S.Əkbər Milli Şuranı tərk edəcəyini də istisna etməyib.

“Son hadisələr baş verməmişdən öncə də bildirmişdim ki, əgər Milli Şuranın konkret, aydın məqsədi və bunu həyata keçirmək üçün aydın strategiyası olmayacaqsa, biz orda qalmağın tərəfdarı deyilik”, - deyə o, sözlərinə əlavə edib.

Qaynar.info