Xəbər lenti

“Sülhəddin Əkbərə görə Rəsul Quliyevə hörmət edirəm”
Siyasət11:41 02.09.2013

“Sülhəddin Əkbərə görə Rəsul Quliyevə hörmət edirəm”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“İmzatoplama kampaniyasında əsas yükü AXCP və Müsavat öz üzərinə götürüb, bu da normaldır. Əsas kimin nə qədər imza toplaması deyil, əsas məsələ seçkilərdə iştirak məsələsidir”.

Bunu açıqlamanı Qaynar.info-ya Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) ali məclisinin sədri, Milli Şuranın üzvü Rafiq Manaflı verib. 

Onun sözlərinə görə, Cəmil Həsənlinin imzatoplama kampaniyasında VHP-yə 1500 imza verilib: “Əlbəttə, biz daha çox imza vərəqələrinə iddialı idik. Sonra bizə deyildi ki, artıq, seçki qərargahı bölgü edib, mobil qruplar bölgələrə göndərilib. Daha biz də buna görə mübahisə etmədik”.

R.Manaflı qeyd edib ki, ilk günlərdən Milli Şurada Cəmil Həsənlinin namizəd olmasını dəstəkləyib: “Rüstəm İbrahimbəyov müxalifətin Milli Şurasının yaradılması və vahid namizədinin müəyyənləşdirilməsində böyük bir missiyanı yerinə yetirdi. Bütün bunlara baxmayaraq, həmişə Cəmil Həsənlinin vahid namizəd olmasının tərəfdarı olmuşam. 

Hesab edirəm ki, Cəmil Həsənli uğurlu namizəddir. Cəmil Həsənlinin namizədliyi irəli sürülməsəydi, Milli Şura seçkidə iştirak edə bilməyəcəkdi. Düzdür, Cəmil Həsənlinin namizədliyi irəli sürüləndə narazılar oldu, amma bütün bunlara baxmayaraq nəticə əldə edə bildik. Hazırda bütün partiyalar Cəmil Həsənlinin namizədliyini qəbul ediblər”.

VHP funksioneri eks-spiker Rəsul Quliyevin Cəmil Həsənlinin ünvanına dediyi sözlərə də münasibət bildirib: “Rəsul Quliyev bütün bunları təkcə Cəmil Həsənlinin ünvanına deyil, bütün müxalifət liderlərinin ünvanına deyir. O, ümumiyyətlə, Azərbaycan müxalifətində özündən başqa layiqli namizəd görmür. Hər şey onun dediyi kimi deyil ki. Hər halda Azərbaycandan kənarda oturub, ölkə haqqında fikirlər söyləmək çox asandır. Onun rəhbərlik etdiyi partiyanın sədri Sülhəddin Əkbərə böyük hörmətim var. Sülhəddin Əkbərə hörmət edib Rəsul Quliyevlə bağlı kəskin ifadələr işlətmək istəmirəm”.

İlkin
Qaynar.info