Xəbər lenti

Sülhəddin Əkbərin təkliflərinə AXCP-dən cavab - AÇIQLAMA
Siyasət09:10 17.01.2014

Sülhəddin Əkbərin təkliflərinə AXCP-dən cavab - AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Sülhəddin Əkbərin irəli sürdüyü təkliflər çox normaldır"

Bunu Qaynar.info-ya açıqlamasında AXCP sədrinin müavini Fuad Qəhrəmanlı ACP sədri Sülhəddin Əkbər Milli Şurada yaranmış vəziyyətlə bağlı irəli sürdüyü təkliflərə münasibət bildirərəkən deyib.

Fuad Qəhramanlı bildirib ki, bunlar çox normal təkliflərdir: "Tamamilə normal təklifərdir. Bunların da bir çoxları Milli Şuranın fəaliyyət istiqamətlərində nəzərə alınıb. Sülhəddin Əkbərin  irəli sürdüyü bu sənədlər əsasında Cəmil Həsənli tərəfindən Milli Şuranın fəaliyyət istiqamətləri təklif olunmuşdu sessiyaya. Bu təkliflərin də bir çoxu o zaman nəzərə alındı. Belə desək, bu təkliflərin bir çoxu artıq ümumiləşdirilmiş formada nəzər alınıb".

Xatırladaq ki, Sülhəddin Əkbər ötən gün Milli Şurada yaranmış vəziyyətlə bağlı aşağıdakı təklifləri vermişdi: 

- Milli Şuranın başlıca funksiyası məşvərət və koordinasiya olmalıdır

- Milli Şurada birləşdirici ümumi siyasi maraqlar öncəlik təşkil etməlidir

- Milli Şura daxilində həssaslıq və kövrəklik nəzərə alınmaldır

- Milli Şurada kimsə dominantlığa cəhd etməməlidir

- Milli Şura yenidən quruluşunda siyasi üstünlük yox, komplementarlıq nəzərə alınmalıdır

- Məşvərət forumununda geniş ictimai siyasi iştirakçılığa, fəaliyyətin koordinasiyasına imkan verilməlidir

Milli Şura üzvünün strukturla bağlı isə təklifləri bunlardır:

- Siyasi partiyaların, qurumların təşkilatçılığı 5 nəfərdən artıq olmadan quruma yeni üzvlərin qəbulu dayandırmalıdır.

- İdarəçilik tam demokratik kollegial olmalıdır.

- Milli Şuranın sədri özünə mətbuat xidməti təyin edə bilər.

- Komitənin sədrləri siyasi fəaliyyətinə görə deyil, biliyinə görə seçilməlidir.

Qaynar.info