Xəbər lenti

Sülhməramlılar Qarabağda daha bir müşahidə məntəqəsini bağladı
Siyasət16:57 07.10.2023

Sülhməramlılar Qarabağda daha bir müşahidə məntəqəsini bağladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya sülhməramlıları Qarabağın Əsgəran rayonunda daha bir müşahidə məntəqəsini bağlayıblar.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin informasiya bülletenində bildirilir.
Bundan əvvəl oktyabrın 5-i və 6-da Rusiya sülhməramlılarının Şuşa, Ağdərə və Əsgəran rayonlarında müşahidə məntəqəsi bağlanıb.
Xatırladaq ki, 2020-ci il noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatına əsasən, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı Tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır.