Xəbər lenti

Sülhməramlıların özbaşnalığı nə qədər davam edəcək? – Tofiq Zülfüqarov
Siyasət12:36 08.06.2022

Sülhməramlıların özbaşnalığı nə qədər davam edəcək? – Tofiq Zülfüqarov

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qarabağda yerləşən rus sülhməramlılarının fəaliyyətindən narazılıq artmaqda  davam edir. Bu günlərdə əslən Laçından olan nəqliyyat üzrə ekspert Ərşad Hüseynov da bildirib ki, həmin rayonda sülhməramlıların yaratdığı özbaşınalıq doğma yurdlarına gedib-qayıdanlara ciddi maneə yaradır. Onun sözlərinə görə, son iki ayda sülhməramlılar maşınların hər yerinə baxır, yükləri bir-bir yoxlayır, zənbil və bağlamalara belə baxırlar. Nəticədə insanlar xeyli vaxt itirir, çətin dağ yolu üçün qablaşdırdıqları yükləri dağıtmağa məcbur olurlar. Ekspertin sözlərinə görə, aparılan yoxlama nəticəsində arı pətəkləri və mal-qara ilə dolu maşınların saatlarla gün altında qalması səbəbindən itki baş verir. İnsanların yurda dönüşünə süni əngəllər yaradırlar. 
Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, süni maneələrin aradan qaldırılması üçün ərazidə gömrük və sərhəd funksiyasının icrası sülhməramlılardan alınıb, post-patrul xidmətinə həvalə edilməlidir:
"Qəribə mənzərə yaranıb. Sülhməramlılarla kimin əlaqə saxladığı, danışıqlar apardığı indiyə kimi bəlli deyil. Müşahidəçi missiyasının nə ilə məşğul olduğu da bəlli deyil. 10 noyabr bəyannaməsində 2 dəhlizlə bağlı öhdəliklər götürülüb. Bunlardan biri 5 il müddətinə verilən Laçın dəhlizidir. Zəngəzur dəhlizinə gəldikdə isə ermənilər açıq şəkildə bildirir ki, ona ancaq kommunikasiya fonunda baxırlar”. 
Həmsöhbətimiz düşünür ki, yaranmış vəziyyətdə məsələyə aydınlıq gətirilməsinin əsl vaxtıdır:"Dünyanın heç bir yerində sülhməramlılar sərhəd və gömrük funksiyasını həyata keçirmirlər. Onlar ancaq təhlükəsizliyi təmin etməlidirlər.  Amma gömrük və sərhəd funksiyalarının yerinə yetirilməsi post-patrul xidmətinə həvalə edilməlidir. Bu baş verərsə, süni maneələrlə bağlı yaşanan çoxsaylı narazılıqlar da aradan qaldırılacaq”.
Rüfət Sultan