"Həm sülhməramlılar, həm də etiraz aksiyası keçirənlər sağ və sol cəbhədə üz-üzə dayanıblar”.
Bunu Qaynarinfo-ya açıqlamasında Şuşa-Xankəndi yolunda keçirilən aksiyanın iştirakçısı Elçin Əfəndiyev deyib. Dekabrın 13-də aksiyadan Bakıya qayıdan ekspert tezliklə sözügedən ünvana qayıdacağını vurğulayıb:
"Şuşa-Xankəndi yolunda keçirilən aksiya davam edir. Dünən axşam Bakıya qayıtsam da, ürəyim orada qalıb. Orada hamı bir ailə kimidir, bir-birinə dəstək olurlar. Aksiyada iştirakçılar səhərə kimi yatmaq bilmir, böyük ocaqlar yandırılır, onun istisinə qızınırlar. Çadırlar qurulub, kimlərsə yorğun olanda isə iştirakçılar orada dincəlirlər. Aksiyanın tələbləri var. Əgər tələblər həyata keçməsə, aksiya davam edəcək”.
Bahar Rüstəmli