Xəbər lenti

Şumaxer komadan çıxarılır
İdman10:36 29.01.2014

Şumaxer komadan çıxarılır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün pilotun komaya düşməsindən düz 1 ay ötür


Fransanın Qrenobl şəhər xəstəxanasının həkimləri artıq 1 aydır komada olan yeddiqat "Formula-1" çempionu Mixael Şumaxeri tədrici ayıltma prosesinə başlayıblar.
Fransa mətbuatının yazdığına görə, Şumaxer bu həftə başlayan komadan çıxarma prosesinə müsbət reaksiya verir.

Xatırladaq ki, alman əsilli pilot dekabrın 29-da Fransanın Meribel şəhərində xizək sürərkən yıxılaraq, kəllə-beyin travması almış və koma vəziyyətinə düşmüşdü. İlk günlərdə beynindən 2 əməliyyat keçirən "Formula-1" çempionunun bədən temperaturu sonradan 35 dərəcəyədək düşürülüb.

Həkimlər onun vəziyyətinin qənaətbəxş olmadığını deyirdilər. Hətta sağ qalacağı təqdirdə belə Şumaxerin iflic ola biləcəyi deyilirdi.


Qaynar.info