Xəbər lenti

"Sumqayıt" 1/4-də dayandı, "Yuventus" çempion oldu
İdman11:12 05.09.2022

"Sumqayıt" 1/4-də dayandı, "Yuventus" çempion oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Sumqayıt”ın 2010-cu il təvəllüdlü futbolçuları Gürcüstanda keçirilmiş beynəlxalq turnirdə iştirak edib.
Qaynarinfo xəbər verir ki, 2-4 sentyabr tarixlərində Batumidə baş tutan turnirdə Gürcüstanın "Dinamo”, "Poti”, "Merani”, "Vikinqsa", "Samtredia”, "Qori”, "Celero”, "Torpedo”, İtaliyanın "Yuventus”, Qazaxıstanın "Kayrat”, "Sdushor” və digər klublar da çıxış edib.
Təmsilçimiz turnirin "A" qrupunda "Dinamo", "Merani" "Poti" və "İnter" (Gürcüstan Akademiyası) ilə mübarizə aparıb. Komanda bu mərhələdə "Merani" və "İnter" üzərində qələbə qazanıb (2:0; 3:1), "Poti" ilə heç-heçə edib (1:1) və "Dinamo"ya məğlub olub (0:2). 
Sumqayıtlılar ümumilikdə 2 qələbə, 1 heç-heçə və 1 məğlubiyyətlə yadda qalıb. Qrup 2-cisi kimi turnirin 1/4 finalına vəsiqə qazanan komanda bu mərhələdə "B” qrupunun lideri olan Qazaxıstanın "Kayrat" kollektivinə 1:2 hesabı ilə məğlub olub.
Turnirin qalibi isə finalda "Kayrat” üzərində qələbə qazanan (2:0) İtaliyanın "Yuventus” klubu olub.
Səbuhi Həsənov