
Bakıda yol kənarından bu gün saat 16.30 radələrində 130 ədəd qumbaraatan tapılıb. Bu haqda informasiyanı Sumqayıt Şəhər Polis İdarəsi yayıb.
Anspress-in məlumatına görə, hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Bakı-Sumqayıt yolunun 29-cu kilometrliyində tapılan döyüş sursatlarını ərazidən götürüb.
Ərazidə yararsız halda olan 130 ədəd qumbaraatan, 16 ədəd PQ qumbaraatan mərmisi, 1 ədəd aviasiya bombası, 1 ədəd 102 mm-lik mərminin korpusu və istifadəyə yararlı olan 1 ədəd 102 mm-lik və 80 mm-lik mərmini zərərsizləşdirmək üçün təhlükəsiz zonaya aparılıb.
Qaynar.info