Xəbər lenti

Sumqayıtda binada yanğın: 1 nəfər zəhərləndi, 10 nəfər təxliyə olundu
Ölkə06:12 24.05.2016

Sumqayıtda binada yanğın: 1 nəfər zəhərləndi, 10 nəfər təxliyə olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sumqayıtda yanğın hadisəsi qeydə alınıb.

Qaynarinfo.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən bildirir ki, şəhərin çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 75 kv.m olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 kv.m sahədə yanıb.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Yanğınsöndürənlər tərəfindən binadan 10 nəfər sakin təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 02:10-da söndürülüb.

Qaynarinfo.az