Xəbər lenti

Sumqayıtda binada yanğın olub - 18 nəfər təxliyə edildi
Ölkə19:00 16.04.2016

Sumqayıtda binada yanğın olub - 18 nəfər təxliyə edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sumqayıt şəhərində yanğın hadisəsi qeydə alınıb.
Qaynar.info Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Sumqayıt şəhərində çoxmənzilli yaşayış binasında vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan 4 otaqlı mənzilin 1 otağında ev əşyaları 20 kv.m sahədə və 1 ədəd kondisioner yanıb.
Yüksək temperaturdan dəhlizin lambirindən ibarət tavanı 5 kv.m sahədə əriyib.
Yanğın zamanı mənzillərdən 18 nəfər bina sakini təhlükəsizlik tədbirlərinin təmin edilməsi məqsədi ilə yanğınsöndürənlər tərəfindən mənzillərdən çıxarılıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Qaynar.info