Xəbər lenti

Sumqayıtda ərzaq mağazası yandı
Ölkə05:10 13.05.2016

Sumqayıtda ərzaq mağazası yandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan ərzaq mağazasında 10 kv.m sahədə ərzaq malları, 2 ədəd məişət əşyası yanıb, yüksək temperaturdan mağazanın lambirdən ibarət tavanı əriyib.
 
Qaynarinfo.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Qaynarinfo.az