Xəbər lenti

Sumqayıtda hicab qalmaqalı - VİDEO
Ölkə11:31 19.09.2014

Sumqayıtda hicab qalmaqalı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yeni tədris ilinin ilk günündə Simqayıt Dövlət Universitetinə dərsə gələn bir neçə hicablı tələbə Universitetə buraxılmayıb. Buna səbəb onların geyimləri olub. 

ANS-ə açıqlamasında Universitetin Humanitar məsələlər üzrə prorektoru Nizami Namazov hadisə ilə bağlı bunları dedi: “Şəxsiyyət vəsiqəsində şəkil necədirsə onlar elə də Universitetə gəlməlidirlər. Onlar Tələbə Qəbulu Komissiyasına təqdim etdikləri şəkillərdə hicablı deyillər. Mən demişəmki dərsə o şəkildəki kimi gəlin”.

Bu məsələyə Sumqayıt sakinlərinin fikri isə birmənalı olmadı.

Bəzi sakinlər Universitetə hicabla getməyin qadağan olduğunu desələr də digərləri düşünür ki, əgər o tələbələr intizamlıdırlarsa onda geyimin nə önəmi var. 

Qaynar.info