Xəbər lenti

Sumqayıtda mikroavtobus minik avtomobili ilə toqquşdu: Ondan artıq yaralı var (FOTO)
Ölkə16:17 15.03.2022

Sumqayıtda mikroavtobus minik avtomobili ilə toqquşdu: Ondan artıq yaralı var (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sumqayıtda mikroavtobus minik avtomobili ilə toqquşub, yaralılar var.
APA-nın yerli bürosu xəbər verir ki, hadisə "Stansiya Sumqayıt” yaşayış massivinə gedən avtomobil yolunda qeydə alınıb.
Belə ki, "Hyundai" markalı mikroavtobus "Hyundai Santa Fe" minik avtomobili ilə toqquşub.
Qəza nəticəsində 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.
Onlardan 3 nəfərinin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.