Sumqayıtda polad əritmə sexində partlayış baş verib.
Məlumata görə, hadisə martın 22-də olub. Sözügedən sexdə xətt təmirə dayanıbmış. Bildirilir ki, sexin rəisi xətti yenidən qoşmaq istəyərkən partlayış baş verib.
Partlayış zamanı həmin sexdə çalışan 4 nəfər, 1967-ci il təvəllüdlü Mehrəliyev Əlibaba Kamil oğlu, 1992-ci il təvəllüdlü Qaraçayev Ceyhun Nazim oğlu,1974-cü il təvəllüdlü Cəlilov Vüqar Məzahir oğlu və 1960-cı il təvəllüdlü Seyidəliyev Minyaz Şükür oğlu ağır yanıq xəsarətləri alaraq xəstəxanaya çatdırılıb. Daha sonra yaralılar Bakı şəhərinə aparılıb. Onlardan biri 1960-cı il təvəllüdlü Seyidəliyev Minyaz Şükür oğlu aldığı yanıq xəsarətlərindən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır. (Report.az)