Xəbər lenti

Sumqayıtda polislə vəhhabilər arasında atışma: yaralılar var + YENİLƏNİB - 2
Ölkə19:17 11.12.2013

Sumqayıtda polislə vəhhabilər arasında atışma: yaralılar var + YENİLƏNİB - 2

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

23:17

Baş verən atışmaya görə həbs olunanlar var.

Hadisə şahidlərinin Qaynar.info-ya verdikləri məlumata görə, hazırda 4 nəfər həbs olunub. Saxlanılanların kimliyi hələ ki, bilinmir.

***

22:25

Sumqayıtda, 10-cu mikrorayonda atışma olub.

Qaynar.info-ya daxil olan son məlumata görə, hadisə nəticəsində ərazidə yaşayanlara da zərər dəyib. Belə ki, atışma nəticəsində bir neçə maşına ciddi xəsarət dəyib. Ərazidə yaşayan sakinlər evdən çölə buraxılmır.

***

22:08

Hadisə şahidlərinin Qaynar.info-ya verdiyi məlumata görə, qeyd olunan ərazidə yerləşən "Soltan Market"in yaxınlığında vəhhabi təriqətindən olanlarla polis əməkdaşları arasında atışma baş verib. 

İlkin məlumatlara görə, hadisə nəticəsində yaralnanlar var. Hazırda polis ərazini mühasirəyə alıb.

Qaynar.info