Xəbər lenti

Sumqayıtda yanğın: 30 nəfər təxliyə edildi
Ölkə07:53 03.04.2017

Sumqayıtda yanğın: 30 nəfər təxliyə edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 56 m² olan 4 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb.

"Qaynar" FHN-ə istinadən xəbər verir ki, yüksək temperaturdan dəhlizin lambirindən ibarət tavanı 18 m² sahədə əriyib. Yanğın zamanı binadan 30 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə edilib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qaynar.Az