Xəbər lenti

Sumqayıtda yaşayış binasında yanğın: 10 nəfər təxliyə edildi (FOTO)
Ölkə14:39 27.03.2019

Sumqayıtda yaşayış binasında yanğın: 10 nəfər təxliyə edildi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sumqayıt şəhərində yanğın hadisəsi baş verib.
ONA-nın məlumatına görə, hadisə şəhərin 48-ci məhəllə, ev 5 ünvanında qeydə alınıb. Beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış 7 ədəd elektrik sayğacı və 6 pm kabel yanıb. Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Digər sayğaclar yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.