Xəbər lenti

Sumqayıtı su basıb - FOTOLAR
Ölkə10:40 24.11.2014

Sumqayıtı su basıb - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sumqayıt şəhərində evləri su basıb. 

Bu barədə Anspress-in “qaynar xətti”nə sakinlər şikayət ediblər.

Sakinlərin sözlərinə görə, dünəndən bəri güclü yağış yağması nəticəsində İnşaatçılar qəsəbəsi, Pərviz Hüseynov küçəsində evlərin həyətləri su ilə dolub.

“Evdən həyətə çıxa bilmirik. İş o yerə çatıb ki, su evlərə də dolur. İcra Hakimiyyətinə də demişik, gəlib baxıb, çıxıb gediblər. Heç bir tədbir görülmür”, - deyə Elmar Salamov adlı şikayətçi bildirib.

Məsələ ilə əlaqədar Sumqayıt şəhər İcra Hakimiyyətilə əlaqə saxladıq. Qurumun Sosial-iqtisadi məsələlər üzrə müavi Sahib Quliyevin ANS PRESS-ə verdiyi məlumata görə, problem araşdırılacaq.

“İndi hadisə yerinə işçi göndərirəm. Problem tezliklə aradan qaldırılacaq”, - deyə Sahib Quliyev bildirib.

Qaynar.info