Xəbər lenti

Sünik uğrunda müharibə: Zakaryanın açıqlamasının arxasında nə dayanır?
Siyasət11:30 13.11.2021

Sünik uğrunda müharibə: Zakaryanın açıqlamasının arxasında nə dayanır?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ermənilər bu kimi açıqlamaları gündəmə gətirməklə əslində Qarabağın dağlıq hissəsində apardıqları hərbi hazırlıqlardan diqqəti yayındırmaq istəyirlər”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zakaryanın yeni müharibə riskinin olduğu, növbəti müharibənin Sünik uğrunda başlayacağı və bunu da bölgədə marağı olan üçüncü tərəflərin edəcəyi barədə fikirlərinə münasibət bildirərkən deyib. Politoloq düşünür ki, burada nüfuz dairəsi uğrunda mübarizədən söhbət gedir:
"Real qarşıdurmadan söhbət gedə bilməz, yalnız isti müharibədən gedə bilər. Müharibəni bölgədə marağı olan üçüncü tərəflərin edəcəyini deyərkən, keçmiş erməni nazir müavini Türkiyə, Azərbaycan, Ermənistan və İranı nəzərdə tutub. Guya Zəngəzur uğrunda bu tərəflər arasında qanlı mübarizə gedəcək. Amma əslində ermənilər bu kimi açıqlamaları gündəmə atmaqla Qarabağın dağlıq hissəsində özlərinin apardığı hərbi hazırlıqlardan diqqəti yayındırmaq istəyirlər. İrəvan sözün həqiqi mənasında həm Qarabağdakı mülki erməni əhalisini silahlandırır, həm də oradakı 15 minə yaxın qanunsuz silahlı qüvvələri tədricən leqallaşdırmağa çalışırlar. Onlar bu minvalla Azərbaycandan yeni ərazilər ələ keçirmək uğrunda mübarizəyə başlamağı düşünürlər”. 
Q. Hüseynlinin fikrincə, Azərbaycan əsas diqqəti Qarabağın dağlıq hissəsinə yönəltməlidir:
"Yerdə qalan məsələlər barədə isə çoxsaylı erməni sayıqlamaları, keçmiş hərbçilərin quraşdırdıqları uydurmalar var. Ona görə də onların çoxuna inanmaq istəməzdim”.
Rüfət Sultan