Xəbər lenti

Supermarket rəhbərlərindən nazir müavininin ittihamlarına cavab - VİDEO
Ölkə08:05 19.05.2016

Supermarket rəhbərlərindən nazir müavininin ittihamlarına cavab - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Supermarket rəhbərləri vergilər nazirinin müavinin ittihamlarına reaksiya veriblər.

Qaynarinfo.az ANS TV-yə istinadən xəbər verir ki, Supermarket rəhbərləri ticarətdə vergidən yayınma hallarının kifayət qədər olduğunu, lakin bunun daha çox kiçik marketlərdə baş verdiyini deyirlər.

Qeyd edək ki, vergilər nazirinin müavini Sahib Ələkbərov bəzi supermarketlərin ölkədə istehsal edilən sosial əhəmiyyətli ilkin təlabat məhsulları - kənd təsərrüfatı məhsulları üzrə əlavə dəyər vergisinə 0 faiz dərəcəsini tətbiq edilməsi ilə bağlı müraciətinə münasibət bildirərkən bunun mümkünsüz olduğunu deyib. Sahib Ələkbərov bunu dövlət qurumuna təzyqi və şantaj kimi qiymətləndirib. Azərbaycanda istənilən sahədə kifayət qədər vergi güzəştlərinin olduğunu deyən nazir müavini, xüsusilə böyük supermarketlərin öz gəlirlərini gizlətdiyini iddia etdi. O, bunu marketlərdə quraşdırılmış 760-dan çox məsafədən ötürmə qurğuları - GPRS-lərlə  müəyən edildiyini deyir.

Supermarket rəhbəri Cəlal Babakişyev: "Mən də razıyam ki, bəzi marketlər vergidən yayınır və dövrüyyələrini tam göstərmirlər. Bizim də qaldırmaq istədiyimiz məsələ də bundadır ki, sağlam rəqabətdən söhbət gedirsə, bu düzgün paylanmalıdır.

Supermarket rəhbəri Kamran Eyyubov: "O ki, qaldı kənd təsərrüfatı məhsullarına, burada əlavə dəyər vergisindən azad olunma problemi var ki, yerli kənd təsərrüfatı məhsulları ƏDV-dən azaddır. Lakin biz onu təkrar satışa çıxardığımız zaman vergi ödəyicisi olmalıyıq. Bu isə istər-istəməz süni qiymət artımına gətirə bilər ki, biz də buna qarşıyıq".

Xatırladaq ki, ötən ay bir qrup  iri supermarket sahibi ölkədə istehsal edilən sosial əhəmiyyətli ilkin təlabat məhsulları, xüsusilə ət, balıq, süd, un məmulatları, yumurta, meyvə-tərəvəz və uşaq qidaları üzrə əlavə dəyər vergisinin 0 faiz dərəcəsində tətbiq edilməsi xahişi ilə İqtisadiyyat Nazirliyinə məktub ünvanlamışdı. Hazırda isə onların bu müraciəti iqtisadiyyat və vergilər nazirliyində birgə araşdırılır.

Qaynarinfo.az