Xəbər lenti

Suriya “erməni soyqırımı”nı tanıdı
Siyasət13:25 13.02.2020

Suriya “erməni soyqırımı”nı tanıdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Suriya Parlamenti bu gün Osmanlı İmperiyasında ermənilərin soyqırımına məruz qalmasını tanıyan və qınayan qətnaməni yekdilliklə qəbul edib. 
Qaynarinfo xəbər verir ki, ərəb respublikasının qanunverici orqanında Suriya-Ermənistan Parlamentlərarası Dostluq Komissiyasının təqdim etdiyi, 20-ci əsrdə Osmanlı İmperiyasının ermənilərin və başqa Suriya xalqılarının "soyqırımını” iddia edən qətnamə səsə qoyulub. 
Parlament tərəfindən qəbul edilən qətnamə Suriya Ərəb Respublikasının Prezidenti Bəşər Əsədin imzalamsından sonra qüvvəyə minəcək.
Xatıladaq ki, 2019-cu ildə Suriya parlamentinin deputatı Nora Arisyanın təşəbbüsü ilə "Erməni Soyqırımı” mövzusu ölkənin məktəblərində tədris olunan tarix kitablarına daxil edilib.