Suriyanın hər yerində genişmiqyaslı internet kəsilməsi qeydə alınıb.
Qaynarinfo xəbər verir ki, bu barədə NetBlocks beynəlxalq internet monitorinq xidməti məlumat yayıb.
Xidmətin X sosial şəbəkə hesabında yayılan məlumatda qeyd olunur ki, "real vaxt rejimində olan şəbəkə məlumatları Suriya üzrə ümummilli internetin bağlanmasını göstərir”. Xidmət bildirir ki, Suriyanın çoxsaylı şəhərlərində telekommunikasiya əlaqələrinin kəsilməsinə dair məlumatlar problemin miqyasının böyük olmasından xəbər verir.
Hələlik kəsintinin nədən qaynaqlandığı açıqlanmır. Lakin bəzi KİV-lər Suriyada belə kəsintilərin adətən hansısa irimiqyaslı əməliyyatlar öncəsi yarandığını bildirirlər.
Şərhlər