Xəbər lenti

Suriyadan Türkiyə qadağası
Ölkə18:20 03.12.2013

Suriyadan Türkiyə qadağası

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
 
BMT qonşu ölkələrin ərazilərindən Suriyanın zərər görmüş rayonlarına birbaşa humanitar yardım tədarükü ilə bağlı Dəməşqin razılığını alıb.

Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu barədə BMT baş katibinin humanitar məsələlər üzrə müavini Valeri Amos jurnalistlərə deyib.

Onun sözlərinə görə, Türkiyə ilə sərhəd rayonlar istisnadır:

"Belə ki, Suriya hakimiyyətində bu rayonlarda təhlükəsizliyin təmin edilməsi ilə bağlı narahatlıq var".


Qaynar.info