Xəbər lenti

Şuşada səslənən muğam Sünikdə eşidilə bilər - Erməni blogger
Siyasət08:16 01.11.2021

Şuşada səslənən muğam Sünikdə eşidilə bilər - Erməni blogger

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Erməni blogger Robert Ayrapetyan Sünik vilayətindəki məmurlardan birinin reklam çarxlarında iştirak etməsini və öz təbliğatı zamanı bəzi vasitələrdən yararlanmasını tənqid edib. 
Qaynarinfo xəbər verir ki, bloggerin tənqidi məqaləsi "Past” nəşrində tirajlanıb. 
Blogger iddia edib ki, həmin məmur Azərbaycanla sərhəddə dövlət qulluğunda olmasına rəğmən, təhlükələrdən deyil, dostluqdan bəhs edir. Ayrapetyan bu hadisənin özünü tənqid edərək, Ermənistanda konstitusiyanın pozulduğunu, baş nazir Nikol Paşinyanın qanunlara əhəmiyyət vermədiyini bildirib: 
"Bu adam Sünik vilayətində baş katibdir. O, Gorus-Qafan yolunun bir hissəsini Azərbaycana təhvil verən komandanın reklamına o qədər aludə olub ki, Ermənistanın "Dövlət qulluğu haqqında” qanununun 32-ci maddəsini unudub”.
Ayrapetyan yazır ki, Nikol Paşinyan öz hüquqlarını diktaturanın qurulması çərçivəsində təyin etdiyi kadrlarını intizama çağırmalıdır: 
"Yoxsa, Ədliyyə nazirinə tapşıracaqsan ki, ölkədə qanunun, Konstitusiyanın olmasından bir daha təəssüflənsin?”
Ayrapetyan qeyd edib ki, indiki vəziyyətdə bu, iqtidar-müxalifət mübarizəsi deyil: 
"Bu, Qarabağı təslim edən və Ermənistanı təhlükə altında qoyan insanlarla Qarabağın və Ermənistanın suverenliyini ən yüksək dəyər kimi qoruyanlar arasında mübarizədir”.
Blogger yazısının sonunda qeyd edib: "Seçim etməzdən əvvəl Şuşada muğamın səsinə qulaq asın. Çünki onun sabah Sünikdə eşidilməyəcəyinə təminat yoxdur”.
Seyid