Xəbər lenti

“Şuşadan 22 min nəfərlə çıxmışdıq, 35 min nəfərlə geri dönəcəyik” - Bayram Səfərov
Ölkə11:16 08.11.2021

“Şuşadan 22 min nəfərlə çıxmışdıq, 35 min nəfərlə geri dönəcəyik” - Bayram Səfərov

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ali Baş Komandan, Prezident İlham Əliyev və Müzəffər Ordumuzun sayəsində bu gün biz şuşalılar ən xoşbəxt günümüzü yaşayırıq”.
Bu sözləri Qaynarinfo-ya Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov bildirib.
O deyib ki, bu gün Azərbaycanın hər yerində Zəfər Günü qeyd edilir: 
"Bu böyük sevinc xalqımızın bayramına çevrilib. Bundan böyük xoşbəxtlik nə ola bilər?
Allah Ali Baş Komandanımızı, Ordumuzu qorusun ki, bizə bu sevinci yaşatdılar. Biz şuşalılar işğal dövründə 22 min nəfərdən bir qədər artıq idiksə, hazırda 35 min nəfərə yüksəlmişik. Bu o deməkdir ki, işğal dövründə 22 min nəfərlə gəldik, 35 min sakin Zəfərlə geri dönəcək. Bütün şuşalılar geri qayıdıb, o torpaqlarda yaşayacaq”.
B.Səfərov Ermənistanda hələ də revanşist və faşist təfəkküründə olanlara da çağırış edib: 
"Onlar yenidən qələt edib, bu fikrə düşməsinlər. Revanşist və faşist təfəkkürlü ermənilər 44 günlük müharibədə hər şeyi gördülər. Bu gün erməni ordusu yoxdur. Azərbaycan ordusu 44 gündə düşmən o ordunu məhv etdi. Bu cür olan halda onlar yenidən revanşist fikirlər səsləndirib, Azərbaycana nə edə biləcəklər? Belə çıxır ki, yenidən Azərbaycan ordusuna təslim olmaq istəyirlər? Onlar erməni xalqını növbəti və daha böyük fəlakətə sürükləməsələr, daha yaxşı olar”.
 
Əhməd