Xəbər lenti

Suxarı məktəbliləri zəhərlədi
Ölkə17:09 08.05.2014

Suxarı məktəbliləri zəhərlədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tovuz rayonunun Vahidli kəndində orta məktəbdə uşaqlar arasında zəhərlənmə faktı qeydə alınıb. 
Qaynar.info Kəpəz TV-yə istinadən məlumat verir ki, zərərçəkənlərin valideynlərinin sözlərin görə, 7 uşaq məktəbdə suxarı yedikdən sonra onlarda ürəkbulanma, qusma halları baş verib. Dərhal Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılan şagirdlərə tibbi yardım göstərilib.
Onlardan ikisinə - 9 yaşlı Murad Hacıyev və 10 yaşlı Yəhya Hacızadəyə vəziyyətləri daha ağır olduğu üçün sistem köçürülüb.
Xəstəxananın həkimi Aybəniz Dəmirovanın sözlərinə görə, hazırda xəstələrin vəziyyəti normaldır.
Qaynar.info