Xəbər lenti

Söyün Sadıqov “Milyarderlər İttifaqı”nın maliyyə problemlərindən danışdı
Siyasət11:31 12.11.2013

Söyün Sadıqov “Milyarderlər İttifaqı”nın maliyyə problemlərindən danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Maliyyə problemləri yaşamağımız və fəaliyyətimizi dayandıracağımız haqda yazılanlar yalandır"

"Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının (ÜATİ) maliyyə problemləri yaşaması və fəaliyyətini dayandıracağı haqda yazılanlar yalandır". ANS PRESS-in Avropa.info-ya istinadən verdiyi məlumata görə, "Milyarderlər İttifaqı" adlanan qurumun təsisçilərindən olan Söyün Sadıqov deyib.

Onun bildirdiyinə görə, ÜATİ heç bir maliyyə problemləri yaşamır və orada çalışan işçilərin əmək haqları da vaxtında verilir.

"Bu təşkilat Rusiyada yaşayan azərbaycanlıların problemlərinin, miqrasiya məsələlərinin həlli ilə məşğuldur. Biz bu sahədə ciddi işlər görürük. Bundan sonra da fəaliyyətimizi davam etdirəcəyik. Bilmirəm, bu təşkilatın fəaliyyəti haqqında niyə yalan informasiyalar yayırlar? AzerRos da, ÜATİ də fəaliyyətini davam etdirir. Bütün fəaliyyətimizə də Abbas Aydınovic (Abbas Abbasovu nəzərdə tutur: - red) rəhbərlik edir".


Qaynar.info