Xəbər lenti

Tacikistan prezidenti Azərbaycana rəsmi səfər edəcək
Siyasət10:43 24.02.2018

Tacikistan prezidenti Azərbaycana rəsmi səfər edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tacikistan Prezidenti Emomali Rahmon Azərbaycana rəsmi səfər edəcək.
Trend-in məlumatına görə, bunu Tacikistanın Azərbaycandakı səfiri Rustam Soli Bakıda Tacikistan Silahlı Qüvvələrinin yaranmasının 25-ci ildönümü münasibətilə keçirilən tədbirdə deyib.
Səfir qeyd edib ki, E.Rahmonun bu il Azərbaycana səfər edəcəyi gözlənilir:
"Hazırda dövlət başçısının səfərinə hazırlıq işləri gedir. Bu səfər Azərbaycan-Tacikistan münasibətlərində yeni səhifə açacaq".
Bununla belə, diplomat səfərin dəqiq tarixini açıqlamayıb.