Dünya 18:38 27.05.2022

Tacikistanda növbətli Əfqanıstan məsələləri araşdırma toplantısı keçirildi

Regional təhlükəsizlik üzrə dördüncü Zirvə toplantısı Əfqanıstandakı terrorizmin yayılması ilə əlaqədar narahatlıq mesajları verilib.

Qaynarinfo bu barədə Hindistanın "The Print" saytına istinadən xəbər verir.

Milli təhlükəsizlik üzrə məsləhətçilərin iştirakı ilə may ayının 27-si, cümə günü keçirilən regional təhlükəsizlik üzrə dördüncü müşavirə Tacikistanın paytaxtı Düşənbə şəhərində keçirilib.

Danışıqlarda əsas diqqət Əfqanıstanda təhlükəsizlik və siyasi sabitlik, həmçinin, ölkənin regional terrorizmin mərkəzinə çevrilə biləcəyi ilə bağlı xəbrdarlıq edilib.
İran, Hindistan, Özbəkistan, Qazaxıstan, Rusiya, Qırğızıstan və Çin ölkələrinin milli təhlükəsizliyi üzrə məsləhətçilər görüşdə iştirak ediblər, lakin Pakistanın Milli Təhlükəsizlik üzrə müşaviri bu görüşdə iştirak etməyib.

İştirakçı ölkələrdən olan milli təhlükəsizlik üzrə bütün müşavirlər Əfqanıstanda sülhün və sabitliyin təmin olunmasının konstruktiv yollarının axtarılmasının, regionda terrorizmdən doğan təhlükələrə qarşı mübarizənin zəruriliyini vurğulayıblar.

M.Arif