Bu gün Azərbaycan Vəhdət Partiyası növbədənkənar parlament seçkilərində iştirakla bağlı qərar verib. 
 
Bu barədə Qaynarinfo-ya açıqlamasında partiyanın Baş Məclisinin sədri Fəxrəddin Ağazadə deyib. 
 
O bildirib ki, partiya bu seçkidə 6 nəfərlə iştirak edəcək:
	
 
"Onlardan 5-i tam olaraq seçkidə iştirak etməkdə qərarlıdır, partiya sədri Tahir Kərimli isə seçkidə iştirakdan imtina etmək istəyirdi. Amma Baş Məclis üzvləri onun seçkidə iştirakını vacib saydı. Hələlik 6 nəfərin namizədliyi irəli sürüləcək, qarşıdakı günlərdə bu say arta da bilər”. 
	
Fəxrəddin Ağazadə yaxın saatlarda siyahının MSK-ya təqdim olunacağını vurğulayıb:
	
"Tahir müəllim seçkidə iştirakdan imtina edir. Amma məcbur edirik ki, namizəd olsun. Əgər Tahir müəllim seçkidə iştirak etsə, namizədliyini 90 saylı Ağsu seçki dairəsindən irəli sürəcək”.
		
Bahar Rüstəmli
             
            
Şərhlər