Xəbər lenti

Ekonomiks 12:12 13.11.2023

Tahir Mirkişili: "Bu, baş verə biləcək hadisələrə adekvat cavab üçündür"

"2023-cü ilin 8 ayı ərzində büdcə gəlirləri proqnoza nisbətən (DNF trasnfertini istisna etsək) 106% icra edilib". 

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
 
Komitə sədri vurğulayıb ki, bu dövrdə Dövlət Neft Fondunun vəsaitlərindən 6.5 mlrd manat istifadə etmək proqnozlaşdırılsa da, bu məbləğin yalnız yarısından istifadə edilib:

"Büdcə xərcləri proqnozla müqayisədə 105.6% icra edilib, 218 mln manat kəsir qeydə alınıb. Ümumiyyətlə, 2023-ci il üzrə iqtisadi artıma nail olunması, büdcə gəlirlərinin və xərclərinin icrasında qarşılıqlı nisbətin əsasən qorunub saxlanmsı, büdcə kəsirinin proqnozlaşdırılan səviyyədən xeyli aşağı olması, tədiyyə balansı hesablarında müsbət dinamikanın qorunması, qeyri-neft ixracının və qeyri-neft vergi daxilolmalarının artması, əldə olunan makro-iqtisadi sabitlik 2024-ci ilin dövlət büdcəsinin planlaşdırılmasında mühüm baza rolunu oynayıb. 2024-cü ilin dövlət büdcəsi ilə birlikdə təqdim olunmuş makroiqtisadi çərçivəyə əsasən, növbəti il ölkə iqtisadiyyatında əlverişli makroiqtisadi mühitin müşahidə ediləcəyi, o cümlədən ölkə iqtisadiyyatının real artım, məqbul inflyasiya, profisitli tədiyə balansı və sabit məzənnə ilə xarakterizə olunacağı nəzərdə tutulur. Büdcə zərfində təqdim edilmiş məlumatlara əsasən, növbəti il və sonrakı üç ilin makroiqtisadi çərçivəsi baza, optimist və pessimist olmaqla 3 ssenaridə hazırlanıb, növbəti ilin büdcə layihəsinin tərtibi zamanı baza ssenari əsas olaraq qəbul edilib. Baza ssenari üzrə proqnozların hazırlanması zamanı neftin qiyməti 60 ABŞ dolları müəyyən olunub. Nisbətən konservativ və ehtiyatlı olan bu yanaşmanı baş verə biləcək hadisələrə adekvat cavablara hazır ola bilmək baxımından məqbul hesab edirik".
 
Qafqaz Rafiqoğlu

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->