
Yay Olimpiya Oyunlarının keçirildiyi Braziliyada ölüm hadisəsi baş verib.
Qaynarinfo.Az saytının məlumatına görə, Almaniya yığmasının heyətində Rio-de-Janeyroya yollanan məşqçi Ştefan Hentse vəfat edib.
Almaniyanın kanoe-slalom yığmasının məşqçisi Hentse ötən həftə taksi ilə Olimpiya kəndinə qayıdarkən onun olduğu avtomobil qəzaya uğrayıb. Başından ciddi xəsarət alan 35 yaşlı məşqçi komadan ayılmayaraq vəfat edib.
Qeyd edək ki, 2004-cü ildə Afinadakı Olimpiadaya idmançı kimi yollanmış Ştefan Hentse kanoe-slalom yarışında gümüş medal qazanmışdı.
Qaynarinfo.Az