Xəbər lenti

Taksi kimi istifadə olunan avtomobillərə taksometr quraşdırmaq məcburi olacaq
Ekonomiks10:13 18.08.2023

Taksi kimi istifadə olunan avtomobillərə taksometr quraşdırmaq məcburi olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Prezident İlham Əliyev "Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
Qaynarinfo xəbər verir ki, yeni qanunla Azərbaycanda taksi kimi istifadə olunan avtomobillərə taksometr quraşdırmaq məcburi olub.
Minik avtomobillərində onların qət etdiyi məsafənin, boşdayanmanın müddətinin uçotunun aparılması, gedişhaqqının məbləğinin hesablanması və bu barədə sərnişinin məlumatlandırmasını təmin edən, taksi üçün nəzərdə tutulmuş fiskal yaddaşlı xüsusi cihaz (taksometr) və proqram təminatı olmalıdır.