Xəbər lenti

Taksi sürücüsü oteldən götürdüyü xanımlardan 10 manat istədi - 70 manat cərimələndi
Ölkə 16:26 24.05.2024

Taksi sürücüsü oteldən götürdüyü xanımlardan 10 manat istədi - 70 manat cərimələndi

Qubadan oteldən çıxıb Bakıya qayıtmaq istəyən xanımlar taksi sürücüsü barədə polisə şikayət ediblər. 

Qaynarinfo-nun məlumatına görə, hadisə "Quba Retro Hotel"də baş verib. 

Belə ki, Günel, Gulnar və Zəminə (şərti) bir günlük "Quba Retro Hotel"ə istirahətə gediblər. Bir gün sonra rəfiqələr Bakıya qayıtmaq üçün Qubada taksi sifariş veriblər. Onlar otelin qarşısından götürmək şərti ilə sürücü ilə Bakıya 10 manatlıq (hər biri) gedişhaqqına razılaşıblar. 

Daha sonra sürücü Quba şəhərinin mərkəzindən - "Köhnə Avtovağzal" ərazisində bir nəfər də sərnişin götürmək üçün onlara gözləməyi təklif edib. Bu səbəbdən qadınlar narazılıq edərək, başqa taksi ilə Bakıya gedəcəklərini bildiriblər. Sürücü isə onları hoteldən götürüb, Quba şəhərinə gətirdiyi üçün əlavə 10 manat pul tələb edib. Xanımlar bu təklifə etiraz etmək istəyəndə sürücü onları təhqir edib və nalayiq sözlər işlədib. Bu səbəbdən polisə şikayət edilib. 

1985-ci ildə Quba şəhərində anadan olmuş taksi sürücüsü Kənan (şərti) saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsilə protokol tərtib edilib. 

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilib və 70 manat cərimə edilib.

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->