"Bu günə kimi taksi ilə səfər edən vətəndaşların əksəriyyəti hazırda ictimai nəqliyyata üstünlük verir”.
Bunu Qaynarinfo-ya açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov Bakıda taksi səfərlərinin 14% azalmasının səbəblərini açıqlayarkən deyib.
Onun sözlərinə görə, yeni dərs mövsümü başlayanda avtobusların sayının artması ilə bağlı özəl daşıyıcıların qarşısında tələb qoyulmuşdu:
"Sonra zamanla avtobusların sayının artmasını müşahidə elədik. Amma buna baxmayaraq, avtovusların sayının artırmağa bir qədər də ehtiyac var. Avtobusların sayının çoxluğunu görən vətəndaşlar da bu nəqliyyata üstünlük verir”.
Ekspert qeyd edib ki, bu məsələdə taksi qiymətlərinin qalxması da mühüm rol oynayır:
"Nəzərə almaq lazımdır ki, taksi qiymətləri artırılıb, heç kəs əlavə pul xərcləmək istəmir. Bu çox sevindirici haldır”.
Qeyd edək ki, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov "Azərbaycanda mobilliyin transformasiyası proqramı"nın təqdimatında Bakıda taksi səfərlərinin sayı təqribən 14% azaldığını açıqlayıb. O bildirib, avtobuslarla gündəlik daşınmaların sayı 100 min gediş artaraq 1,6 milyona çatıb".
Bahar Rüstəmli