Xəbər lenti

Ekonomiks 13:12 16.06.2023

Taksilərin qiyməti niyə artacaq? - Deputat qanunu layihəsini belə əsaslandırdı

"Taksi Sifarişi Operatorlarının fəaliyyəti ümumiyyətlə tənzimlənmir. Sərnişinlərin fərdi məlumatları, ödəniş kartları haqqda məlumatlar, hərəkət trayektorları haqqında bütün məlumat əksər hallrda ölkə xaricinə ötürülür". 

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlaemntin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

Komitə sədri bildirib ki, taksi sifarişi operatorları əsasən virtual olduğundan onların hansı ölkədə yerləşdiyini, sahiblərinin kim olduğunu bilmək milli təhlükəsizlik baxımindan vacibdir:

"Bakıda təqribən 28 min taksi var, onların 90%-i bu platformalar üzərindən fəaliyyət göstərir. Taksi sürücüləri gündə orta hesabla 14-16 saat işləyirlər, qəzaların sayı çox, sürücülərin anlaqsız olması halları artmaqda, sərnişirinlərin isə şikayəti çoxalmaqdadır. Bakıda istifadə olunan taksi gedişlərini 60%-i 1.5-3 km məsafələrdir. İctimai nəqliyyatdan istifadə edən sərnişinlərin sayı durmada azalır, son 1 ildə avtobuslardan istifadə 40% azalıb, metrodan istifadə isə hələ də 2019-cu il səviyyəsinə çatmayıb". 
 
Qafqaz Rafiqoğlu


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->