Xəbər lenti

Taleh Ziyadov DBF-nin prezidenti ilə görüşüb
İdman11:36 09.04.2022

Taleh Ziyadov DBF-nin prezidenti ilə görüşüb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Badminton Federasiyasının (ABF) prezidenti Taleh Ziyadov Dünya Badminton Federasiyasının prezidenti Pol-Erik Xöyer Larsenlə görüşüb.
ABF-dən Qaynarinfo-ya verilən məlumata görə, görüş Maltanın paytaxtı Valettada Avropa Badminton Konfederasiyasının illik iclası zamanı gerçəkləşib.
Tərəflər Azərbaycanda badmintonun inkişafı, iki qurum arasında qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı müzakirələr aparıblar. BWF ilə birgə əməkdaşlığın nəticəsi olaraq, ölkənin 5 regionunda həyata keçirilən "Shuttle Time" proqramı barədə ətraflı məlumat verilib.
Proqramı ABF-nin vitse-prezidenti Aynur Səmədova və milli komandanın baş məşqçisi Morteza Validarvi nümunəvi layihə olaraq təqdim edib.
Səbuhi Həsənov