Xəbər lenti

"Taliban" Türkiyədən humanitar yardım istədi
Siyasət18:52 14.10.2021

"Taliban" Türkiyədən humanitar yardım istədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Taliban" Əfqanıstanda hərtərəfli bir hökumət qurmalıdır".
Qaynarinfo "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada "Taliban" hərəkatının nümayəndələri ilə görüşdən sonra deyib.
O qeyd edib ki, danışıqlar zamanı Türkiyə qızların təhsili və qadınların işləməsi ilə bağlı tövsiyələr verib.
Çavuşoğlu bildirib ki, "Taliban" öz növbəsində Ankaradan humanitar yardım göstərməyə və Əfqanıstana sərmayə qoymağa davam etməsini istəyib.