
Tanımış yazıçı-rəssam Fərhad Yalquzaqdan xəbər yoxdur.
Qaynar.info xəbər verir ki, bu barədə məlumatı tanımış yazar Rasim Qaraca verib.
Rasim Qaraca bildirib ki, AYO üzvü qeyblərə çekilib:"20 gündür yazıçı-rəssam Fərhad Yalquzaqdan xəbər yoxdur. Bir neçə ay əvvəl ucqar dağ rayonlarından birində, meşədə, vəhşi təbiətdə, insanlardan sivilizasiyadan uzaqda həyat sürməyə qərar verdi və əşyalarını, əmlakını - hər şeyini sataraq bilinməzlərə qarışdı.
Bizimlə avqustun ilk günlərində vidalaşdı və o gündən telefonu qapalıdır. Yanına telefon, radio belə almadan yoluna davam etdi. İlk hədəfi ağaclardan özünə bir sığınacaq düzəltmək və azuqə (qaxac ət) toplamaq idi. Fərhaddan çox narahatam. Artıq soyuqlar düşməyə başlayıb. Azerbaycan tarixində ilk dəfə bələ bir riskli həyatı öz üzerinə götürmək nümunəsi gerçəkləşəcəkmi? Ferhadın qeyri-adi iradə sahibi olduğunu bilirəm. Amma düşüncələrimin bir bölgəsi daim onunla məşğuldur..."
Xatırladaq ki, bu barədə Fərhad Yalquzaq sosial şəbəkələr vasitəsi ilə məlumat yaymışdı.
Qaynar.info

